Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:27

Ukraynada seçkilər bir həftəyə təxirə salındı


Ukraynadakı parlament seçkiləri dünya maliyyə böhranının təsirlərini aradan qaldırmaq üçün bir həftəliyinə təxirə salınır. Ukrayna prezidenti Viktor Yuşşenko belə deyib, o erkən seçkilərin nəzərdə tutulandan bir həftə sonraya - dekabrın 14-ə kimi ertələyib. Prezidentin sözlərinə görə, bu indiki parlamentə imkan verəcək ki, maliyyə böhranıyla mübarizə üçün lazım olan qanun layihələrinin üzərində daha çox işləyə bilsin.
Daha öncə baş nazir Yuliya Timoşenko seçkilərin təxirə salınmasını və yeni koalisiya yaradılmasını istəmişdi. O, iddia edirdi ki, ölkənin seçki keçirməyə yetərincə pulu yoxdur.

Ukrayna hökuməti ölkəni bürüyən maliyyə böhranından yaxa qurtarmaq üçün Beynəlxalq Valyuta Fondundan 15 milyard dollar kredit almağa çalışır.
Ukrayna prezidenti VI çağırış Ali Radanı oktyabrın 9-da buraxıb və yeni seçkiləri dekabrın 7-nə təyin etmişdi.
XS
SM
MD
LG