Keçid linkləri

2025, 13 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 23:55

Əmlak bazarında qiymətlər enməyəcək


İndiyə qədər bazara çıxarılan 9700 mənzildən artıq 8000-ə qədəri satılıb
İndiyə qədər bazara çıxarılan 9700 mənzildən artıq 8000-ə qədəri satılıb
Dinlə

«Əmlak bazarında durğunluq hökm sürməkdədir. 2-3 aydır demək olar ki, alqı-satqı yoxdur. Bankların krediti dayandırmasından da çox şey asılıdır. İndi mənzil almaq istəyənlər qiymətlərin enməsini gözləyirlər».

Bu sözləri daşınmaz əmlak alqı-satqısı ilə məşğul olan İlham Bağırov deyir. Onun sözlərinə görə, əmlak bazarında qiymətlərin enməsi gözlənilən deyil. Qonşu Rusiyada isə əmlak bazarında 80-faizə qədər enmə müşahidə olunub. İ.Bağırovun sözlərinə görə, bu, həm təkrar, həm də ilkin bazara aiddir.

Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin rəhbəri Nüsrət İbrahimovun fikrincə, Azərbaycanda əmlak bazarında qiymətlərin enməməsinə bir sıra ciddi faktorlar təsir edib. Onun fikrincə, bu sırada ilk yeri qiymətləri ilkin bazarın formalaşdırmasıdır. İlkin bazarda maya dəyəri yüksək olduğundan enmə gözlənilən deyil:

«Bizdə qiyməti formalaşdıran səbəblər başqadır. Xarici dövlətlərdə azad bazar prinsipləri işləyir. Bizdə fərqlər əsasən xərc elementlərinin artımı ilə bağlı olur. İndi də xərclər yuxarı həddə qaldığından qiymətlər düşmür».

N.İbrahimov bazardakı durğunluğun daha bir səbəbi kimi bankların kreditləri dayandırmasını göstərir. Media qurumları iqtidarın seçki dönəmində müxalifətin əlində maliyyə toplanmaması üçün banklara kredit xətlərini qapatmaq göstərişi verdiyini bildirsə də, N.İbrahimov bunun səbəblərini dünyadakı iqtisadi böhranda axtarmağı doğru sayır.

Azərbaycanın ilkin mənzil bazarında böyük paya sahib olan «Akkord» Şirkətlər Qrupunun Mətbuat Xidmətinin rəhbəri Afaq Quliyeva da bazarda qiymətin düşməyəcəyini deyir:

«Akkord» binaları öz sənaye sahəsində istehsal olunan tikinti materialları ilə tikir. Bu səbəbdən hər hansı qiymət enməsi gözlənilmir».

A.Quliyevanın sözlərinə görə, dünya əmlak bazarındakı böhran onlara təsir göstərməyib. İndiyə qədər bazara çıxarılan 9700 mənzildən artıq 8000-ə qədəri satılıb.
XS
SM
MD
LG