Keçid linkləri

Təcili xəbərlər
2023, 20 Mart, Bazar ertəsi, Bakı vaxtı 16:15

Əzizbəyov rayonunda mərmi partlayıb. Ölən var


Paytaxtın Əzizbəyov rayonunda yerləşən hərbi təlim-sınaq məntəqəsində qumbaraatan mərminin partlaması nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.
Məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb. Məlumatda deyilir ki, oktyabrın 19-da günorta saatlarında istifadə edilməyən hərbi təlim-sınaq məntəqəsində Dübəndi qəsəbə sakinləri Fikrət Mehdiyev və Azər Bəşirov qoyun otararkən tapdıqları qumbaraatan mərmi ilə ehtiyatsız davrandıqlarından partlayış baş verib. Nəticədə Bəşirov hadisə yerində ölüb, xəsarət alan Mehdiyev isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
XS
SM
MD
LG