Keçid linkləri

2025, 12 İyun, Cümə axşamı, Bakı vaxtı 17:10

Rəsmi nəticələr oktyabrın 22-də elan ediləcək


Konstitusiya Məhkəməsi Plenumunun iclası oktyabr ayının 22-də saat 09:00-a təyin edilib
Konstitusiya Məhkəməsi Plenumunun iclası oktyabr ayının 22-də saat 09:00-a təyin edilib
Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini oktyabrın 22-də rəsmən elan edəcək. Bu barədə Konstitusiya Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.
ANS-in məlumatına görə, seçkinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının protokolunun təsdiq edilməsi və seçkinin nəticələrinin rəsmən elan olunması ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası oktyabr ayının 22-də saat 09:00-a təyin edilib.

Mərkəzi Seçki Komissiyası oktyabrın 19-da keçirilən iclasında seçkinin yekunu barədə protokolu təsdiq edib Konstitusiya Məhkəməsinə göndərib.

MSK seçkilərdə indiki prezident İlham Əliyevin (88,73%) qələbə çaldığını bildirib.

Azərbaycanda prezident seçkisi bu il oktyabrın 15-də keçirilib.
XS
SM
MD
LG