Keçid linkləri

Təcili xəbərlər
2023, 08 İyun, Cümə axşamı, Bakı vaxtı 10:22

«Beynəlxalq müşahidəçilər xəsislik ediblər»


«Seçki elə bir prosesdir ki, orda hər şeyin əla olduğunu əldə etmək çətin məsələdir, mümkün olan şey deyil».
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov seçkini izləyən bütün beynəlxalq müşəhidəçilərə təşşəkkürünü bildirsə də hesab edir ki, onlar öz hesabatlarında xəsislik ediblər. Cənab Pənahova görə, Beynəlxalq Seçki Müşahidə Missiyasının Azərbaycanda keçrilən prezident seçkisinə bildirdiyi münasibət diplomatik gedişdir. Komissiya sədri deyir ki, əslində seçki bütün standartlara cavab versə belə, müşahidəçilər öz bəyanatlarında hər şeyin yaxşı olduğunu heç vaxt deməzlər:
«Seçki elə bir prosesdir ki, orda hər şeyin əla olduğunu əldə etmək çətin məsələdir, mümkün olan şey deyil».
Beynəlxalq Seçki Müşahidə Missiyası prezident seçkisinin gözəçarpan irəliləyişlə keçdiyini, amma ölkənin üzərinə götürdüyü bütün beynəlxalq öhdəliklərə cavab vermədiyi nəticəsinə gəlib.
XS
SM
MD
LG