Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:59

Qızıl top-2008-in iddiaçılarının siyahısı açıqlandı


Arşavin son illər Rusiya futbolunun ən yaxşılarından hesab olunur
Arşavin son illər Rusiya futbolunun ən yaxşılarından hesab olunur
Oktyabrın 19-da Fransanın «France Football» nəşri Qızıl top-2008-in iddiaçılarının siyahısını açıqlanıb. Siyahıda Rusiya yığmasının son zamanlar parlaq oyun nümayiş etdirən iki üzvü – Andrey Arşavin («Zenit») və Yuri Jirkovun (OMİK) da adı var.
Siyahıda daha çox yarımmüdafiəçi və hücumçuların adları olsa da, «Yuventus», «Real» və «Mançester Yunayted»in əlcək sahibləri Buffon, Kasilyas və van der Saar da nüfuzlu mükafata iddia edir.
Siyahıda daha çox İngiltərə premyer liqası və İspaniya primerosunun oyunçularının adları var – hərəyə 11 nəfər. İtaliya çempionatını 3, Almaniya və Rusiya çempionatlarını 2, Fransa çempionatını isə bir nəfər təmsil edir.
Kral klubu - «Real»ın oyunçuları iddiaçılar arasında üstünlük təşkil edir – 5 nəfər.
Mütəxəssislər əsas mübarizənin «Mançester Yunayted»in portuqal ulduzu Kriştian Ronaldu ilə «Barselona»nın argentinalı pleymeykeri Messi arasında gedəcəyini bildirirlər.

Ötən il Qzıl topu Kaka alıb.

Təqdimetmə mərasimi bu il dekabrın 2-də keçiriləcək.
Tam siyahı:

Adebayor («Arsenal»), Aquerro («Atletiko»), Arşavin («Zenit»), Ballak («Çelsi»), Benzema («Lion»), Buffon («Yuventus»), Kasilyas («Real»), Ronaldu («Mançester Yunayted»), Droqba («Çelsi»), Eto’O («Barselona»), Fabreqas («Arsenal»), Torres («Liverpul»), Cerrard («Liverpul»), İbrahimoviç («İnter»), Kaka («Milan»), Lempard («Çelsi»), Messi («Barselona»), Pepe («Real»), Riberi («Bavariya»), Runi («Mançester Yunayted»), Senna («Vilyareal»), Ramos («Real»), Toni («Bavariya»), van der Saar («Mançester Yunayted»), var der Vaart («Real»), van Nistelroy («Real»), Vidiç («Mançester Yunayted»), Vilya («Valensiya»), Xavi («Barselona») və Jirkov («OMİK»)

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG