Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:18

Maliyyə böhranı ilə mübarizə üçün sammitlər keçiriləcək


Plan ABŞ prezidenti Corc Buş Kemp Deviddə fransalı həmkarı Nikola Sarkozi və Avropa Kommisiyasının prezidenti Joze Manuel Barrozoyla görüşdükdən sonra açıqlanıb
Plan ABŞ prezidenti Corc Buş Kemp Deviddə fransalı həmkarı Nikola Sarkozi və Avropa Kommisiyasının prezidenti Joze Manuel Barrozoyla görüşdükdən sonra açıqlanıb
Birləşmiş Ştatlarla Avropa Birliyi qlobal maliyyə böhranıyla mübarizə aparmaq üçün beynəlxalq sammitlər keçirmək qərarına gəliblər.
Plan ABŞ prezidenti Corc Buş Kemp Deviddə fransalı həmkarı Nikola Sarkozi və Avropa Kommisiyasının prezidenti Joze Manuel Barrozoyla görüşdükdən sonra açıqlanıb.
Corc Buş jurnalistlərə deyib ki, dünya liderləri bu cür böhranlardan qaçmaq üçün demokratik kapitalizmin özülünü saxlamaqla lazımi dəyişikliklər etməlidilər:
«Biz bu böhranın təkrar olmasına yol verməmək üçün dəyişiklik edəndə demokratik kapitalizmin əsaslarını - azad bazar, azad sahibkarlıq və azad ticarəti qoruyub saxlamalıyıq. Biz həyat səviyyəsini yaxşılaşdıran və dünyada milyonlarla adamın yoxsulluqdan qaçmasına kömək edən açıq bazar siyasətini davam etdirməliyik».
Bu sammitlərdə «Böyük səkkizliyə» daxil olan Birləşmiş Ştatlar, Kanada, Rusiya, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və Yaponiya, habelə Çin, Hindistan və iqtisadi cəhətdən inkişaf edən digər ölkələrin iştirakı gözlənilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG