Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:27

Papanı bıçaqlayıblar


1982-ci ildə keçmiş Roma papası 2-ci İohan Pavelı bıçaqlayıblar. Lakin Vatikan hadısənin gizli saxlanmasını lazım bilib.
Bu hadisəni hazırda Krakovun arxiyepiskopu olan Stanislav Dzivisz «Karlla birgə» adlı kitabında yazıb.
Dzivisz iddia edir ki, Roma papası 2-ci İohan Pavel 1982-ci ildə Portuqaliyaya səfər edərkən hücuma məruz qalıb. Lakin hücum edənin özünün də ruhani olması səbəbindən xəbərin gizli saxlanılması haqda qərar verilib.
Dziviszin sözlərinə görə, Xuan Maria Fernandez Krohn adlı ultrakonservativ keşış gözlənilmədən papaya hücüm cəkib, polis işə qarışanadək onu yaralamağa macal tapıb. İspaniyadan olan bu keşiş hücuma görə bir neçə il həbsdə keçirib.

Dzivisz keçmiş Roma papasını hələ o Polşada biskop olan illərdən tanıyır və 39 il - 2005-ci ildə vəfat edənə qədər ona yaxın olub. Hazırda onun kitabı əsasında «Şahid» filmi çəkilir.
Bundan əvvəlki Roma papası 2-ci Yohan Pavelin həyatına 1981-ci ildə də qəsd edilib. Türkiyə millətçisi Mehmet Əli Ağca mayın 13-də Romada onu tapançadan açılan atəşlə yaralamaşdı.
XS
SM
MD
LG