Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 08:26

«Məntəqələr bağlanandan sonra da səs verilib»


«Məntəqələrin bağlanması zamanı bir sıra prosedur pozuntuları qeydə alınıb». «Seçki 2008» QHT Koalisiyasının məlumatında belə deyilir. Məlumatda deyilir ki, bəzi məntəqələrdə səsvermənin bitdiyi rəsmən elan edilsə də, içəri giriş-çıxış tam olaraq dayandırılmayıb. Səsvermə bitdikdən, yəni saat 19.00-dan sonra məntəqələrə adamların daxil olması müşahidə edilib. Bu hallar hətta veb-kameralarda da aydın görünüb (məsələn, 34 saylı ikinci Xətai seçki dairəsinin 15-ci məntəqəsi).
Koalisiya bildirir ki, bir çox seçki komissiyalarında üzvlərin peşəkarlığının aşağı olması müşahidə edilib. Xüsusən də məntəqələrin bağlanması və səslərin sayılmasına başlanması zamanı dərhal qutuların açılması və bülletenlərin sayılmasını bura aid etmək olar:
«Səsvermə prosesində bəzi adamların qrup halında avtobuslarla məntəqələrə daşınması müşahidə edilib. Koalisiyanın müşahidəçilərinin araşdırmalarından sonra bəlli olub ki, nisbətən uzaq məsafədə yaşayan məcburi köçkünlər üçün nəqliyyat təşkil edilib».

XS
SM
MD
LG