Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:02

«Bəzi məntəqələrin sahəsi normal səsvermə üçün əlverişli deyil»


Bəzi rayonlarda ticarət və iaşə obyektlərinin axşam saatlarına qədər bağlı qalması üçün qeyri-rəsmi göstəriş verilməsi haqqında məlumatlar gəlir
Bəzi rayonlarda ticarət və iaşə obyektlərinin axşam saatlarına qədər bağlı qalması üçün qeyri-rəsmi göstəriş verilməsi haqqında məlumatlar gəlir
«Seçki 2008» QHT Koalisiyasının 6 zona üzrə 59 dairəni əhatə edən koordinatorlarının saat 10.00 üçün verdiyi məlumata görə, səsvermə prosesi əsasən vaxtında başlayıb, ciddi prosedur pozuntuları və müşahidəçilərə əngəllərin törədilməsi halları qeydə alınmayıb.
Bununla belə, Koalisiyanın 1500-dən yuxarı müşahidəçisinin apardığı müşahidələr nəticəsində aşkar edilib ki, bəzi məntəqələrin sahəsi normal səsvermə keçirilməsi üçün əlverişli deyil. Məsələn, 16 saylı Yasamal II Seçki Dairəsinin 20 və 21-ci seçki məntəqələri təxminən 30-35 kvadrat metrlik sahədə yerləşir. Bu iki məntəqədə ayrı-ayrılıqda 1425 və 1282 seçicinin səsverməsi nəzərdə tutulur.
121 saylı Laçın Seçki Dairəsinin 88-ci məntəqəsində də səsvermə sahəsi darısqal olduğundan seçicilər və müşahidəçilərin işləməsi problemə çevrilib.
Bəzi rayonlarda ticarət və iaşə obyektlərinin axşam saatlarına qədər bağlı qalması üçün qeyri-rəsmi göstəriş verilməsi haqqında məlumatlar alınmaqdadır.
9 saylı Binəqədi Seçki Dairəsinin 2 saylı məntəqəsində də səsvermə gecikmə ilə - saat 08.10-da elan edilib. 16 saylı Yasamal II Seçki Dairəsinin 21-ci məntəqəsində isə səsvermə 8 dəqiqə gec başlayıb.
Koalisiyanın müşahidəçiləri veb-kameraların işləməsini də müşahidə edir və hələlik əldə edilən bilgilərə görə, bəzi bölgələrdə (məsələn, Siyəzən rayonunda) internetin sürətinin və giriş imkanlarının məhdud olması onların normal izlənməsini əngəlləyir.
«Seçki 2008» QHT Koalisiyasında 4 təşkilat – «İnam» Plüralizm Mərkəzi, Multimedia İnformasiya Mərkəzi, Beynəlxalq Avrasiya Mətbuat Fondu və «Kaskfen» Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi cəmləşib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG