Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:41

Eynulla Fətullayev karserdən çıxarıldı


«Gündəlik Azərbaycan» qəzetinin baş redaktoru Eynulla Fətullayev karserdən çıxarılıb.

Bu haqda «Azadlıq» radiosuna onun vəkili İsaxan Aşurov məlumat verib. E. Fətullayev oktyabrın 10-da 5 sutkalıq karserə salınmışdı.

Həbsxana rəhbərliyi jurnalistin məhbus yoldaşı ilə münaqişə yaratdığını iddia edirdi.

E. Fətullayev terrorla hədələmədə, milli ayrı-seçkilik salmaqda və vergidən yayınmada günahlandırılaraq 8 il yarım cəza alıb.
XS
SM
MD
LG