Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:03

«Kim hökumətə yaxındırsa, onun layihələri maliyyələşib»


«Exit-poll» keçirən yerli qeyri-hökumət təşkilatlarının maliyyəni haradan almalarına da aydınlıq gətirilməlidir
«Exit-poll» keçirən yerli qeyri-hökumət təşkilatlarının maliyyəni haradan almalarına da aydınlıq gətirilməlidir
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bu il yerli qurumlara 1 milyon 200 min manat məbləğində maliyyə dəstəyi göstərib. Maliyyələşən layihələrdən təqribən 20-dən çoxu insan hüquqları, söz azadlığı və demokratik seçkilərlə bağlı olub. Həmin layihələrə üst-üstə 180 min manata yaxın vəsait ayrılıb. Şura katibliyinin icraçı direktoru Fərasət Qurbanov deyir ki, seçkiyə yönəlik layihələrin maliyyələşdirilməsində məqsəd vətəndaş fəallığını artırmaqdır:
«Məqsəd yalnız seçkilərdə vətəndaşların məlumatlandırılması və onların iştirakının təmin edilməsidir».

«Demokratiyanı Öyrənmək» İctimai Birliyinin sədri Mirəli Hüseynov isə deyir ki, Şura təklif edilən layihələri seçərkən özünün siyasi mülahizələrini əsas götürüb. Onun sözlərinə görə, Şuraya seçki şikayətlərinin araşdırılmasının monitorinqinin aparılması ilə bağlı layihə təqdim etsə də, müsbət cavab almayıb:

«Kim hökumətə yaxındırsa, onun layihələri maliyyələşib. Hökumətə daha çox yaxın olanlara yüksək vəsait, nisbətən yaxınlara isə daha az vəsait ayrılıb».
«Vətəndaş Cəmiyyəti Uğrunda» Müstəqil Məsləhət və Yardım Mərkəzi isə Şuradan seçki monitorinqi ilə bağlı 12 min manat qrant alıb. Həmin mərkəzin rəhbəri Eldar İsmayılov deyir ki, bu, onlarda heç bir asılılıq yaratmır:
«Heç bir şərt kəsməyiblər. Mən bunu başqa cür necə dəyərləndirim».
«Vətəndaş Cəmiyyəti Uğrunda» Müstəqil Məsləhət və Yardım Mərkəzi seçkiyə qədərki dövrün monitorinqini artıq başa çatdırıb. Bu monitorinqin nəticəsini E.İsmayılov qısaca belə çatdırır:
«İndiki mərhələdə ciddi pozuntular yoxdur».
Şuradan maliyyə alan başqa bir yerli təşkilatın - Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının nümayəndəsi Məhərrəm Zülfüqarlı da deyir ki, burda qəbahətli heç nə yoxdur:
«Bu, demokratiyaya, maarifçiliyə xidmət edir».
Ancaq Hüquq və İnkişaf İctimai Birliyinin sədri Hafiz Həsənov deyir ki, Azərbaycanda seçki monitorinqi aparan yerli təşkilatların çoxunun hesabatı reallığı əks etdirmir. Orada həm qanunvericilik, həm də başqa müstəvilərdə geriləmələrin üstündən keçilərək, əsasən müsbət görünə biləcək məqamlara toxunulur. Bu da sağlam proseslərdən xəbər vermir:

«Mənə elə gəlir ki, bu, idarə edilən prosesdir. Bəzi məsələləri yerli qeyri-hökumət təşkilatlarının dili ilə deyirlər».

Üstəlik, bəzi seçki mütəxəssisləri düşünür ki, Prezident yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə həyata keçirilən layihələr aysberqin görünən tərəfidir. «Exit-poll» keçirən yerli qeyri-hökumət təşkilatlarının maliyyəni haradan almalarına da aydınlıq gətirilməlidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG