Çeçenistanda baş vermiş zəlzələdən ölənlərin sayı 13-ə çatıb, 110-dan artıq adam xəsarət alıb. Ölənlərdən 5-i uşaqdır.
Məlumatı Çeçenistanın Səhiyyə Nazirliyi yayıb. Nazirliyin məlumatına görə yaralılardan 16-sı ağır vəziyyətdədir. Şali və Qudermes rayonlarında dağıntılar var.
Şimali Qafqazdan başqa- Cənubi Qafqazda Gürcüstan və Ermənistanda da yeraltı təkanlar hiss olunub.
Zəlzələyə baxmayaraq Çeçenistanın hakim dairələri bu günə təyin olunmuş parlament seçkilərini təxirə salmayıb, prezident Ramazan Kadirov əhalini seçkiyə çağırıb.