Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:17

Prezident seçkisini 27 xarici KİV izləyəcək


Oktyabrın 15-də Azərbaycanda keçiriləcək prezident seçkisini 27 xarici kütləvi informasiya vasitəsinin 84 nümayəndəsi izləyəcək.

Bunların arasında TRT, «Rustavi-2», NTV, «Mir» televiziyaları, «Anadolu», «France-Press», ITAR-TASS, «Associated Press» agentlikləri, «Rossiyskaya qazeta», «El Pais» kimi qəzetlərin jurnalistləri də var.

Seçkiləri GUAM-ın müşahidə missiyası da izləyək. Missiyaya Ukraynadan 5, Gürcüstandan isə 3 nəfər daxildir.

Seçki Müşahidəçilərinin Dünya Şəbəkəsinin 158 nəfərlik missiyası da oktyabrın 13-də Bakıya gələcək.

Məlumatı Mərkəzi Seçki Komissiyasının (MSK) Müstəqil Mətbuat Mərkəzi yayıb.
XS
SM
MD
LG