Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:58

Həbsdəki jurnalistlərin şəkilləri «Yeni Müsavat»dan yoxa çıxıb


Azər Ayxan deyir ki, bu, sırf kommersiya qərarıdır
Azər Ayxan deyir ki, bu, sırf kommersiya qərarıdır
İki gündür «Yeni Müsavat» qəzeti həbsdə olan jurnalistlər – Eynulla Fətullayev, Qənimət Zahid və Mirzə Sakitə dəstək kampaniyasını dayandırıb. Qəzetin 3-cü səhifəsində onların şəkilləri və şüarlar yerinə, prezidentliyə namizədin reklamları yer alıb.

«Yeni Müsavat» qəzetinin redaktoru Azər Ayxan deyir ki, bu, sırf kommersiya qərarıdır. Bir neçə günə jurnalistlərə dəstək kampaniyası bərpa olunacaq:

«Bu, reklam xarakteri daşıyan bir yazının qəzetə yerləşdirilməsidir. Reklam müqaviləsində məhz 3-cü səhifə göstərilib. Biz müqaviləyə əməl edərək onu vermişik. Bu, qəzet rəhbərliyi tərəfindən hansısa bir siyasi qərar deyil. Biz həbsdəki həmkarlarımızın azadlığa çıxacağı günə qədər onların şəkillərini və şüarları verəcəyik».

«Bizim yol» qəzeti də bir qədər öncə həbsdəki jurnalistlərə dəstək kampaniyasını dayandırıb. «Bizim yol»dan isə deyiblər ki, bu cür mübarizə effektli deyil.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG