Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 00:54

«Qərbi Azəri» platformasında neft hasilatı bərpa olunub


«Mərkəzi Azəri» platforması

«Mərkəzi Azəri» platforması

«Bp-Azərbaycan» şirkəti «Qərbi Azəri» platformasında neft hasilatını bərpa edib.

Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı ANS-ə bildirib ki, oktyabrın 9-dan «Əsrin müqaviləsi» layihəsi çərçivəsində dənizdə quraşdırılan 5 platformadan 4-dən neft çıxarılır:

«Mərkəzi Azəri» platformasında da hasilatın bərpası istiqamətində işlər aparılır. Orda işləyən ekspertlər sızan qazın mənbəyini və mənşəyini araşdırırlar. Eyni zamanda elə tədbirlər planlaşdırılır ki, qısa zaman kəsiyində «Mərkəzi Azəri»də də hasilat bərpa olunsun».

Sentyabrın əvvəllərində «Azəri», «Çıraq» və «Günəşli» yataqlarının dərinsulu hissəsindən sutkada 900 min barel neft çıxarılırdı. Sonra bu rəqəm 580 minə düşmüşdü. İndi hasilat 700 min barelə çatıb.
XS
SM
MD
LG