Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:58

Gözdən əlillər üçün seçki məntəqələrinə trafaretlər paylanıb


Azərbaycanın Gözdən Əlillər Cəmiyyəti 5 minədək trafaret hazırlayaraq seçki məntəqələrinə paylayıb.

Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev bildirib ki, gözdən əlillərin gizli səsvermə hüququnu təmin edəcək həmin trafaretlər MSK-nın sifarişi ilə cəmiyyət üçün alınmış printerdə çap edilib. Trafaretlərdə prezidentliyə namizədlərinin adları Brayl üsulu ilə yazılıb.

Hər məntəqəyə 3-4 ədəd trafaret verilib. Azərbaycanda 30 mindən artıq gözdən əlil var, onların 20 mindən çoxunun səsvermə hüququna malikdir.
XS
SM
MD
LG