Oktyabrın 9-da Bakı Metropoliteninin «Nəsimi» stansiyasının açılışı olub.
Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirib ki, «Nəsimi» stansiyasının tikintisinə 100 milyon manat vəsait xərclənib və avadanlıqlar əsasən Ukraynadan gətirilib.
Beləliklə, Bakıda metro stansiyalarının sayı 21-ə çatdı.
Mərasimdə prezident İlham Əliyev iştirak edib.