Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:13

Bakıda seçkilərə həsr olunmuş ilk interaktiv forum keçiriləcək


Bu həftə Bakıda seçkilərə həsr olunmuş ilk interaktiv forum keçiriləcək. Forumun təşkilatçısı Jurnalistlərin Beynəlxalq Mərkəzidir.
Jurnalistlərin Beynəlxalq Mərkəzinin ölkə direktorunun müavini Anar Orucov deyir ki, forumu internet vasitəsilə də izləmək mümkün olacaq. Forumu www.baku.fm internet səhifəsindən dinləmək, www.kanal13.tv saytından isə izləmək olar.
Tədbirdə millət vəkili Aydın Mirzəzadə, parlamentin İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova, Mərkəzi Seçki Komissiyasının üzvləri, o cümlədən diplomatlar, hökumət nümayəndələri, alimlər və jurnalistlər iştirak edəcəklər.
XS
SM
MD
LG