Keçid linkləri

2017, 19 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 06:00

Gürcüstan Azərbaycanın dəstəyindən razıdır


Gürcüstanın Amerikadakı səfiri Vasil Sixarulidze
Gürcüstan Cənubi Osetiya münaqişəsi ilə bağlı Azərbaycanın ona göstərdiyi dəstəkdən razıdır. Bunu Gürcüstanın Amerikadakı səfiri Vasil Sixarulidze bildirib. Diplomat bu fikri «Azadlıq» Radiosunun Vaşinqton ofisində keçirilən brifinqdə sualları cavablandırarkən deyib:
«Azərbaycan Gürcüstan üçün çox mühüm tərəfdaş və yaxın dostdur. Bizim çox əla ikitərəfli münasibətlərimiz var. Biz bir yerdə işləməkdə davam edəcəyik və böhran vaxtı Azərbaycan hökuməti bizə çox dəstək oldu. Hansısa analitiklərin bizim münasibətlərimizin necə görünməsi haqda nə deməsindən asılı olmayaraq, mən deyərdim ki, Azərbaycan bizim üçün çox yaxın dost və tərəfdaşdır»-, Gürcüstanın Amerikadakı səfiri Vasil Sixarulidze belə deyib.

Azərbaycan prezidenti Cənubi Osetiya münaqişəsi ilə bağlı nə Gürcüstanın, nə Rusiyanın hərəkətlərinə münasibət bildirib. Bu, bəzi ekspertlərə iddia etməyə əsas verib ki, Azərbaycan Gürcüstana lazımınca dəstək vermir.

Günün bütün mövzuları

XS
SM
MD
LG