Keçid linkləri

2025, 22 May, Cümə axşamı, Bakı vaxtı 18:06

Nazir ümid edir ki, neftin qiyməti 80 dollardan aşağı düşməyəcək


H.Babayev: «Beynəlxalq iqtisadi böhranının Azərbaycana təsiri olmayacaq»
H.Babayev: «Beynəlxalq iqtisadi böhranının Azərbaycana təsiri olmayacaq»
«Beynəlxalq iqtisadi böhranının Azərbaycana təsiri olmayacaq. Ölkənin neft və qaz ehtiyatları və maliyyə imkanları böhranın ölkəyə keçməsinin qarşısını alacaq».

Oktyabrın 8-də İqtisadi İnkişaf naziri Heydər Babayev belə deyib.
Nazir Azərbaycanın banklarının müxtəlif növlü kreditlərin verilməsinin dayandırması məsələsinə də toxunub. O, bunu maliyyə böhranın bank sektoruna müəyyən təsiri kimi izah edib: «Ancaq bizim banklar belə şəraitdə işləməyə öyrənib. Çünki, bizim bankların heç vaxt ucuz mənbələri olmayıb və heç indi də yoxdur».

Nazir əmin olduğunu bildirib ki, gələn il ölkədə inflyasiya 12-14 faiz təşkil edəcək: «Bu İqtisadi İnkişaf Nazirliyinin proqnozlarıdır, biz bunu Milli Məclisə təqdim edəcəyik. Digər ölkələrlə müqayisədə inflyasiyanın səviyyəsi o qədər də yüksək deyil».

Hazırda dünya bazarında neftin qiyməti düşməkdə davam edir. Amma nazir ümid etdiyini bildirib ki, dünya bazarında neftin qiyməti 80 dollardan aşağı düşməyəcək.
XS
SM
MD
LG