Dinlə
Böyük Quruluş Partiyasının sədri, millət vəkili, prezidentliyə namizəd Fazil Qəzənfəroğlunun seçki qərargahına daxil olanda köməkçisi Reyhan xanım telefonda seçicinin problemini dinləyirdi. O deyir ki, Qəzənfəroğlunun prezidentliyə namizəd olması deputat kimi aldığı müraciətlərin, şikayətlərin sayını bir az da artırıb.
Qərargah bir neçə geniş otaqdan və konfrans zalından ibarətdir. Texniki avadanlıqla yaxşı təmin olunub. Divarlarda Fazil Qəzənfəroğlunun müxtəlif tərtibatlı şəkilləri asılıb. Konfrans zalında kütləvi tədbirlər üçün nəzərdə tutulan xeyli plakat var. İçəridə Reyhan xanımdan başqa, daha iki nəfər var idi. Cənab Qəzənfəroğlunun seçki qərargahının rəhbəri Cavid Cabbaroğlu deyir ki, yerləri yaxşıdır:
«Ofisi sentyabrdan götürmüşük. İş yaxşı gedir, narazı deyilik. Qərargahın 15-ə yaxın işçisi var, seçicilər gün ərzində problemləri ilə bağlı bizə müraciət edirlər».
Ancaq C.Cabbaroğlu deyir ki, son vaxtlar marşrutlardan bəzi avtobusların çıxarılması işə gəlib-getməyi xeyli çətinləşdirib.
Çox keçmir ki, namizədin özü ilə kabinetində söhbət edirik. Gözlətdiyi üçün üzrxahlıq edib bildirir ki, vaxt itirməmək üçün naharı da qərargahda etməli olurlar. Deyir, seçki kampaniyasının yaxşı təşkili üçün normal qərargahın olması çox vacibdir. Ona görə də onlar şəhərin yaxşı yerindən və münasib qiymətə ofis kirayə götürüblər:
«Dövlətin seçki üçün namizədlərə ayırdığı vəsaitin bir hissəsini bura sərf edirik».
Fazil Qəzənfəroğlunun kabinetindən çıxanda konfrans zalında 10 - a yaxın adam toplaşmışdı. Bunlar onun vəkilləri, partiya təmsilçiləri və qərargaha müraciət edənlər idi:
Fazil Qəzənfəroğlu: «Əminliklə deyə bilərəm ki, İlham Əliyevdən sonra ən yaxşı təşkil olunmuş seçki kampaniyası Böyük Quruluş Partiyasınındır».
İmkandan istifadə edib namizədin vəkilləri və digər təmsilçilərlə də söhbətləşdim, niyə yığışdıqlarını soruşdum. Dedilər sadəcə hər gün olduğu kimi, iş başındadırlar. Qərargahda hər gün səhər saat 9-dan iş başlayır. Fazil Qəzənfəroğlu isə başqa yerdə görüşləri olmasa, çox vaxt axşam saat 11-12-yə qədər orada olduğunu bildirir.
Fazil Qəzənfəroğlunun seçki qərargahı şəhərin mərkəzindən o qədər də uzaqda deyil. Ancaq Bakının mərkəzi ilə müqayisədə bu ətraflarda seçki ab-havası daha çox duyulur. Qərargahın qarşısındakı bayraqlar, küçə boyu böyük ofislərin pəncərələrində, dükanların vitrinlərində gözə dəyən seçki plakatları və namizədlərin şəkilləri belə düşünməyə əsas verir. Bəs buradan keçənlər seçkilər barədə nə düşünürlər, namizədləri tanıyırlarmı?
- Tanımıram.
- Maraqlanmıram, onsuz da İlham Əliyev seçiləcək.
- Mən namizədləri tanıyıram, ansaq platformaları ilə tanış deyiləm.
- Tanıyıram, Fazil Qəzənfəroğlunun qərargahıdır.
Fazil Qəzənfəroğlu isə deyir ki, tanıyanlara salam olsun, bilməyənlərə isə tanrıdan təmənna diləyir ki, onlar da tanıyıb xoşbəxt olsunlar.
Qəzənfəroğlunun nümayəndələri deyirlər ki, «Azadlıq» radiosunun digər namizədlərin qərargahlarından hazırladığı reportajları diqqətlə izləyiblər. Biz həm də onların qəfil qonağın gəlişinə hazır olduğunu düşünüb, ertəsi gün xəbərdarlıq etmədən qərargahı bir daha ziyarət etdik.
Bu dəfə qərargahda təkcə Reyhan xanım var idi. Dedi ki, Fazil bəy birazdan olacaq. Cavid Cabbaroğlu isə hələ gəlməyib. Bir saat sonra MDB–nin müşahidəçiləri ilə qərərgahda görüş keçiriləcək.