Mərkəzi Azəri platformasına qaz sızdığından orada hasilat dayanıb. Qərbi Azəri platformasında istehsal olunan neft Mərkəzi Azəridə texniki emaldan keçdiyi üçün bu platformada hasilat yoxdur.
«BP-Azərbaycan» şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı deyir ki, hələ ki, platformalarda təmir gedir. Təmirin nə vaxt bitəcəyi məlum deyil. İndi Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinə ancaq üç platformadan çıxan nefti vururlar.
«Bunlar Ciraq, Dərinsulu Günəşli, bir də Şərqi Azəri yataqlarıdır. Eyni zamanda «Şahdəniz»dən əldə olunan kondensat qazını da BTC-yə vururuq»-, deyə T.Bayatlı bildirib.
Platformalarda qaz sızması sentyabrın 17-də baş verib.