Keçid linkləri

2025, 23 Mart, bazar, Bakı vaxtı 14:18

Beynəlxalq aləm PKK-nı pisləyir


Yaraqlılar Türkiyə ordusunun mövqeyinə hücum edərək 15 əsgəri öldürüb, 20-ni isə yaralayıblar
Yaraqlılar Türkiyə ordusunun mövqeyinə hücum edərək 15 əsgəri öldürüb, 20-ni isə yaralayıblar
Beynəlxalq aləm kürd yaraqlılarının Türkiyə əsgərlərinə hücumunu pisləyib.
Yaraqlılar Türkiyə ordusunun mövqeyinə hücum edərək 15 əsgəri öldürüb, 20-ni isə yaralayıblar.
Cavab atəşiylə 23 yaraqlı öldürülüb.
Türkiyə ordusu yaraqlıların mövqelərini havadan və qurudan bombalayıb.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Türkmənistana səfərini dayandıraraq geri dönüb və Ankarada hökumətin təcili iclasını keçirib.
Türkiyənin Xarici İşlər Nazirliyi İraq hökumətini Türkiyə ordusunun mövqelərinə növbəti hücumların qarşısını almağa çağırıb.
Qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının - PKK- əsas bazaları Türkiyənin cənub-şərqində və İraqın şimalında yerləşir.
XS
SM
MD
LG