Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:15

«Az qala Eynulla Fətullayevin əfvinə nail olmuşdum»


Prezidentliyə namizəd Hafiz Hacıyev
Prezidentliyə namizəd Hafiz Hacıyev
«İndiki hakimiyyətdə komanda daxilində müxtəlif qütblərə işləyənlər var».

Bunu prezidentliyə namizəd Hafiz Hacıyev deyib. O, oktyabrın 4-də «Seçki qatarı» verilişinin qonağı olub. Namizədin dediyinə görə, indi ona da mitinq keçirməyə, yaxşı təbliğat aparmağa imkan vermirlər.

Prezident olacağı təqdirdə H. Hacıyev Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yalnız üç ay danışıqlar aparacağını söyləyir:

«Nəticəsi olmasa, dördüncü aydan bir gün də keçməsinə imkan verməyəcəyik. Torpaq bizimdir. Mən öz torpağımda hansı formada və nə iş görəcəyimi özüm bilərəm. Biz bunu aparıb Metyu Brayzanın ixtiyarına verməməliyik».

H. Hacıyev deyir ki, hakimiyyətdəki bəzi dostlarından həbsdə olan jurnalistlərin, xüsusilə də Eynulla Fətullayevin azadlığa buraxılması haqda xahiş edib:

«Açıq deyirəm, mən E. Fətullayevin əfvinə az qala nail olmuşdum. Sadəcə, onun valideynlərinin nöqsanı üzündən bu alınmadı».

H. Hacıyev hakimiyyət daxilində yaxşı məmurlar sırasında Kəmaləddin Heydərovun adını çəkdi. Namizədlər sırasında isə hakimiyyətin adamlarının olduğunu dedi. Konkret olaraq Ümid Partiyasının sədri İqbal Ağazadəni «hakimiyyətin adamı» adlandırdı.

Ətraflı verilişin audiosunda Dinlə

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG