Keçid linkləri

2026, 02 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:40

Corc Buş ABŞ iqtisadiyyatının xilas planını imzaladı

ABŞ prezidenti Corc Buş
ABŞ prezidenti Corc Buş
ABŞ prezidenti Corc Buş Amerika iqtisadiyyatının xilas planını («Polson planı») imzalayıb. Plan maliyyə bazarlarına 700 milyard dollar yardım ayrılmasını nəzərdə tutur.

Bundan əvvəl - oktyabrın 3-də ABŞ Konqresinin Nümayəndələr Palatası «Polson planı»nı təsdiq etmişdi. Orada 263 konqresmen planın lehinə, 171-i isə əleyhinə səs verib. Qanun layihəsinin qəbulu üçün 218 səs lazım idi.

Bazar ertəsi isə Palata həmin planı rədd etmişdi, amma düzəlişlər edildikdən sonra yenidən onun müzakirəsinə qayıtdı.

Konqresin yuxarı palatası - Senat qanun layihəsinə hələ oktyabrın 1-də səs verib.
This item is part of
XS
SM
MD
LG