Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 08:31

Qənimət Zahidin əlyazmaları ilə bağlı qərar oktyabrın 6-da veriləcək


«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin əlyazmaları ilə bağlı məhkəmə qərarı oktyabrın 6-da açıqlanacaq. Bunu «Azadlıq» radiosuna Q.Zahidin vəkili Elçin Sadıqov deyib. Qənimət Zahid 300 səhifədən çox əlyazmasının təcridxana rəhbərliyi tərəfindən məhv edildiyini deyir və əvəzində kompensasiya ödənilməsini tələb edir.
Jurnalistin vəkili Elçin Sadıqov bildirir ki, məhkəmə onların əksər vəsatətlərini heç bir tutarlı səbəb olmadan rədd edib. Vəkil məhkəmənin siyasi sifarişi yerinə yetirdiyini iddia edir:
«Vəsatətlərin təmin olunmaması onu deməyə əsas verir ki, məhkəmədə artıq əvvəlcədən fikir var və sifariş verilib ki, işi necə həll etsin».
«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid xuliqanlıqda günahlandırılıb, 4 il həbs cəzası alıb. Jurnalist isə peşə fəaliyyətinə görə, həbs olunduğunu bildirir.
XS
SM
MD
LG