Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:51

Fransa səfirliyi «biometrik» vizalar verəcək


Fransanın Azərbaycandakı səfirliyi 2008-ci il oktyabrın 6-dan «biometrik» adlanan vizaların verməsinə başlayacaq.
Səfirliyin mətbuat xidmətindən deyirlər ki, «biometrik» viza almaq istəyənlər sənədlərin təqdimatında özləri iştirak etməlidirlər. Çünki bu tip viza verilməsi üçün həmin şəxsin fotosu səfirlikdə çəkilməli və barmaq izlərinin götürülməlidir.

Səfirlikdən bildirirlər ki, bu prosedur bütün növ vizalara şamil edilir. Yalnız yaşı 6-dan az olan uşaqlar barmaq izlərinin götürülməsindən azad edilirlər.
XS
SM
MD
LG