Mətbuatda seçkilərə aid yazıların sayı artır. İlham Əliyev haqqında yazılar üstünlük təşkil edir. Bu barədə «Seçki 2008» QHT Koalisiyasının yaydığı məlumatda deyilir. Koalisiya president seçkisi ilə bağlı mətbuatda 7-ci həftədir ki, monitorinq aparır.
Monitorinqin nəticələrinə görə, araşdırma aparılan həftədə 340 seçki yazısı dərc olunub ki, onların 129-u İlham Əliyev haqda olub. Digər prezidentliyə namizədlər haqqında isə ümumilikdə 36 yazı verilib.
Bu həftə də seçkiyə ən çox yer ayıran KİV-lər - «İki Sahil» qəzeti (83 yazı), 1news.az saytı (20 yazı) və İTV (16 sujet və xəbər) olub.