Daxili İşlər Nazirliyi və Baş Prokurorluq oktyabrın 1-də Bakıda baş vermiş hadisədə polis əməkdaşlarının öldürdüyü Fərhad və Azad Quliyevlə bağlı açıqlama yayıb.
Açıqlamada deyilir ki, oktyabrın 1-də Maştağa qəsəbə sakini Mirkərim Xəlilov Sabunçu Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək sentyabrın 29-da həmyerlisi, əvvəllər məhkum olunmuş Fərhad Quliyev tərəfindən tapança ilə hədələnməsi və «Nissan Murano» markalı avtomaşınının zorla əlindən alınması barədə məlumat verib.
Qəsdən adam öldürmə və qanunsuz olaraq odlu silah saxlama maddələri ilə axtarılan Fərhad Quliyevin tutularaq istintaqa təhvil verilməsi məqsədilə dərhal xüsusi əməliyyat keçirilib. Tədbir zamanı Fərhad Quliyevin «Nissan-Murano» markalı avtomobillə Ramana qəsəbəsi ərazisində hərəkət etməsi müəyyən olunub və ondan könüllü surətdə təslim olması tələb edilib. Fərhad Quliyev və onunla birlikldə avtomobildə olan yaxın qohumu Azad Quliyev polisin qanuni tələblərinə tabe olmaqdan imtina edib, tapançadan atəş açaraq əməliyyat qrupunun üzvlərinə silahlı müqavimət göstəriblər: «Asayiş keşikçilərinə yönəlmiş odlu silahla müşayiət olunan zorakılığın qarşısı alınarkən Fərhad və Azad Quliyevlər məhv ediliblər».
Hüquq-mühafizə orqanları hadisə yerindən 1 ədəd «Makarov» tipli tapança, onun gilizləri, 1 ədəd «F-1» tipli qumbara, 1 xəncər, 16 ədəd patron və narkotik vasitə aşkar edildiyini bildirir.
Məlumatda deyilir ki, Fərhad Quliyev əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə, o cümlədən qəsdən adam öldürmə və qanunsuz odlu silah gəzdirməyə görə cinayət məsuliyyətinə cəlb edilib, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarına əsasən 13 il müddətinə azadlıqdan məhrum olunub:
«O, bu ilin sentyabrın 1-də Maştağa qəsəbəsində odlu silahdan atəş açaraq həmyerlisi Hidayət Hüseynovu da qətlə yetirib və istintaqdan yayınıb».
Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğu faktla bağlı cinayət işinin açıldığını bildirir.