Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:20

«Azərbaycan bank sistemindən yeddi narahatlıq»


Q.İbadoğlu: «Milli Bankın tənzimləyici tədbirlərinin effekti azalır»
Q.İbadoğlu: «Milli Bankın tənzimləyici tədbirlərinin effekti azalır»
«Azərbaycanda fəaliyyət göstərən bankların dünya maliyyə böhranının təsirindən sığortalanmaq imkanları zəiflədir»- İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu «Bizim Yol»dakı məqaləsində belə yazır.
Ekspert yazır: «Nağd pul kütləsinin artımı qeyri-nəğd pul kütləsinin artımını qabaqladığından Milli Bankın tənzimləyici tədbirlərinin effekti azalır». Onun fikrincə, istehlak kreditlərinin aparıcı mövqeyə malik olması kredit protfelinin riskini artırır.

«Azərbaycan iqtisadiyyatının sürətli artımı müşahidə olunduğu son illərin yaratdığı müsbət impuluslar fonunda Milli bank sisteminin bugünkü durumu qazanılmış imkanların yetərincə qiymətləndirilməməsinin nəticəsi hesab oluna bilər».

«Yenə xırda canilər tutulub. Valyutadəyişmə məntəqəsinə basqın edənlər hər əməliyyatlarında 3-5 min manat (yaxud dollar) əldə edirlərsə, Milli Bankı qarət edənlər 3 milyon manatı həzm-rabehdən keçiriblər»-, «Yeni Müsavat»ın köşə yazarı Xalib Kazımlı belə yazır. «Əsil oğurluq yeri isə bank-filan deyil. Körpü, yol tikintisi zamanı, sair bahalı layihələrin həyata keçirilməsi zamanı oğurlanan pullar xərclənən vəsaitlə başabaş gedir».

«Seçkiləri boykot edən qüvvələrin sosial bazası yoxdur»-, deputat Fuad Muradov «Üç nöqtə»yə müsahibəsində belə deyib. O, həmçinin bildirib ki, «parlament seçkiləri müqayisədə builki prezident seçkilərində aktivlik daha yüksəkdir».
«Biz hamımız çalışmalıyıq ki, bu seçkilər daha ədalətli və şəffaf keçirilsin. Biz bir daha Avropaya sübut etməliyik ki, bizdə nə cür demokratik, azad seçkilər keçirilib»-, spiker Oqtay Əsədov parlamentin iclasında belə deyib. Məlumatı «Yeni Azərbaycan» yayıb.
XS
SM
MD
LG