Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:02

Prezidentliyə namizədlər narazılıqlarını dilə gətirdilər


«15 oktyabra qədər seçkilə bağlı hər hansı mənfi rəy formalaşmasın deyə biz bu məsələni gündəliyə çıxarıb müzakirə etməliyik»
«15 oktyabra qədər seçkilə bağlı hər hansı mənfi rəy formalaşmasın deyə biz bu məsələni gündəliyə çıxarıb müzakirə etməliyik»
Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibində boş qalan və azlıqda olan partiyalar üçün nəzərdə tutulan iki yerlə bağlı məsələ parlamentin müzakirəsinə çıxarılmalıdır. Bu təkliflə oktyabrın 2-də Milli Məclisin payız sessiyasının birinci iş günündə prezidentliyə namizəd, deputat Fazil Qəzənfəroğlu çıxış edib:
«ATƏT-in seçkilə bağlı ilkin hesabatında deyilir ki, MSK-nın tərkibində hakim partiyanın bütün təmsilçiləri yer alıblar, amma azlığın nümayəndələrinin məsələsi hələ də həll olunmayıb. Ona görə də hesab edirəm ki, 15 oktyabra qədər seçkilə bağlı hər hansı mənfi rəy formalaşmasın deyə biz bu məsələni gündəliyə çıxarıb müzakirə etməliyik».
F.Qəzənfəroğlunun təklifinə baxmayaraq məsələnin payız sessiyasının iş planına salınması barədə heç nə deyilmədi.
Prezidentliyə digər namizəd Qüdrət Həsənquliyev və bəzi başqa deputatlar isə xüsusilə televiziyada namizədlər üçün bərabər şərait yaradılmadığını bildirdilər.
2005-ci il parlament seçkilərindən sonra Müsavat Partiyası öz nümayəndələrini təqdim etmədiyi üçün MSK-da hələ də iki yer boş qalıb. Milli Məclisdə azlıqda olan bəzi partiyalar həmin yerlərin onlara verilməsini istəyirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG