Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 14:09

Əfqanıstandakı sülhməramlıların sayı artırıldı


Türkiyə ordusu tərkibində Əfqanıstanda xidmət edən Azərbaycan sülhməramlılarının sayı artırıldı. Milli Məclis payız sessiyasının ilk iclasında bu barədə qərar qəbul edib. Bundan sonra Əfqanıstanda Azərbaycan Silahlı Qüvvələrinin 4 taqımı - 95 nəfər fəaliyyət göstərəcək.
Bakıda səfərdə olan ABŞ Dövlət katibinin birinci müavini Con Neqroponte oktyabrın 2-də jurnalistlərə deyib ki, onun Bakıda keçirdiyi görüşlərdə Əfqanıstandakı Azərbaycan sülhməramlıları barədə də danışılıb. Azərbaycan sülhməramlılarının Əfqanıstanda xidmətini yüksək quiymətləndirdiyini deyən Neqroponte bu əməkdaşlığın artırılması barədə müzakirələr apardığını deyib.

«Prezident və Xarici işlər naziri ilə görüşlərdə biz Azərbaycanın Əfqanıstandakı səylərə qatqısının və buradakı əməkdaşlığın artırılması ehtimalını müzakirə etdik»,- deyə Neqroponte bildirib.

Məsələ elə həmin gün Azərbaycan parlamentində həllini tapıb.

İndiyə qədər Əfqanıstanda Azərbaycan ordusunun 2 taqımı xidmət edirdi.
XS
SM
MD
LG