Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:10

Terri Devidson: «Nardaran camaatı ünvanı səhv salıb»


Oktyabrın 2-də Bakının Nardaran kəndinin sakinləri Amerika səfirliyi qarşısında aksiya keçirib. Kənd sakinləri iddia edirlər ki, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Stenli Eskudero saxta sübutlarla kəndin 30 hektar torpaq sahəsini ələ keçirib. Kənd sakinləri adından Rasim Əlizadə aksiyanın qətnaməsini ABŞ səfirliyinin əməkdaşına təqdim edib.
Səfirliyin İctimaiyyətlə Əlaqələr bölməsinin başçısı Terri Devidson «Azadlıq» radiosuna bildirib ki, Nardaran sakinləri həqiqəti lazım olan yerdə axtarmırlar. Diplomatın sözlərinə görə, hüquqi müstəvidə çözülməli olun bu məsələnin ABŞ səfirliyinə heç bir bağlılığı yoxdur.
XS
SM
MD
LG