Məhkəmə Rusiyanın sonuncu çarı II Nikolaya bəraət verib. Ali Məhkəmə elan edib ki, çar II Nikolay və ailəsi qanunsuz olaraq öldürülüb.
Beləliklə Rusiya Ali Məhkəməsinin kollegiyası Romanovların Evi təşkilatının vəkillərinin şikayətini təmin edib. Ötən ilin noyabrında isə məhkəmə prokurorluğun mövqeyini müdafiə edərək çar ailəsinin reabilitasiyasının qanunvericiliyə müvafiq olmadığını bildirişdi.
Çar ailəsi - həyat yoldaşı və 5 uşağı 1918-ci ildə bolşeviklər tərəfindən güllələnib. Onlar Yekatirunburqda, məhkəməsiz Lenin başda olmaqla bolşeviklər partiyası rəhbərliyinin gizli göstərişi ilə qətlə yetiriliblər.

Romanovlar Rusiyanı sonuncu monarxları hesab olunur və ölkəni 300 ildən çox idarə ediblər.