Keçid linkləri

Təcili xəbərlər
2023, 29 Noyabr, çərşənbə, Bakı vaxtı 19:20

Dünya qocalır...


Almaniyanın ən qocaman sakini Robert Meyer (108 yaş) oğlu ilə badə qaldırır
Almaniyanın ən qocaman sakini Robert Meyer (108 yaş) oğlu ilə badə qaldırır
Oktyabrın 1-i Beynəlxalq Ahıllar günü kimi qeyd olunur. Azərbaycanda ahıllar əhalinin yalnız 4 faizini təşkil edir.
Hazırda dünyada digər yaş qrupları ilə müqayisədə ahılların sayı daha sürətlə artır. BMT-nin Əhali Fondu hesab edir ki, inkişaf etməkdə olan ölkələrdə doğuş səviyyəsinin aşağı enməsi ahılların sayının artmasına səbəb olub.

BMT-nin hesablamalarına görə «hazırda hər 10 nəfərdən biri 60 və ya daha yuxarı yaş qrupuna daxildir. 2050-ci ilin sonunadək hər beş nəfərdən biri, 2150-ci ilin sonunadək isə hər üç nəfərdən biri 60 və daha yuxarı yaşda olacaq».

BMT Baş katibi Ban Ki Munun Beynəlxalq Ahıllar Günü münasibəti ilə hər il yaydığı müraciətində deyilir ki, dünya əhalisinin təxminən 80 faizi ahıl yaşlarında sosial müdafiədən kənarda qalır. «Davamlı pensiya proqramları və yeni sosial müdafiə tədbirləri vasitəsi ilə sayı artmaqda olan yaşlı insanlara iqtisadi yardım göstərilməsi yollarının axtarışı, xüsusən də inkişaf etməkdə olan ölkələr üçün, olduqca mürəkkəb bir vəzifədir».

Qocaların sosial müdafiəsinin gücləndirilməsi üzrə dövlət proqramına əsasən, Azərbaycanda 62 yaşını adlamış hər kişi və 57 yaşını adlamış hər qadına dövlət xüsusi qayğı göstərməlidir.

Azərbaycanda ən yaşlı sakinlər ölkənin cənub bölgələrində yaşayırlar.

Naxçıvan Muxtar Respublikasının ən yaşlı sakini isə Şahbuz rayonunun Aşağı Qışlaq kənd sakini, 1898-ci il təvəllüdlü, 110 yaşlı Gültər Haqverdiyevadır. Ümumiyyətlə, Muxtar Respublikada yaşı 100-ü ötmüş 36 uzunömürlü yaşayır. Onlardan 26-sı qadındır.
XS
SM
MD
LG