Xerox şirkəti öz-özünə təmizlənən və dəfələrlə çap olunan kağız təqdim edir. Şirkət mütəxəssisləri müəyyənləşdiriblər ki, ofislərdə istifadə olunan sənədlərin 40%-i bir gündən sonra öz əhəmiyyətini itirir. Xeroxun hazırladığı kağızların üzərində isə bir neçə dəfə çap etmək mümkündür. Belə ki, kimyəvi tərkibin nəticəsində kağızdakı yazı günün sonuna kimi pozulur ki, bu da onun təkrar istifadə üçün yararlı edir.