Keçid linkləri

2025, 27 Aprel, bazar, Bakı vaxtı 17:41

ATƏT: «Seçkilər beynəlxalq normalara cavab verməyib»


ATƏT-in müşahidə missiyasının mətbuat konfransı
ATƏT-in müşahidə missiyasının mətbuat konfransı
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı – ATƏT hesab edir ki, seçki prosesində bəzi irəliləyişlərə baxmayaraq, Belarusda parlament seçkiləri beynəlxalq normalara cavab verməyib.

ATƏT müşahidə missiyasının bəyanatında deyilir ki, 28 sentyabr səsverməsi ümumilikdə yaxşı keçib, amma bu zaman olduqca ciddi pozuntular qeydə alınıb. Belə ki, seçki məntəqələrinin 1/3-dən çoxunda beynəlxalq müşahidəçilər səslərin sayılmasına buraxılmayıblar. Bəzi hallarda isə səsvermənin nəticələrinin saxtalaşdırılması faktları aşkarlanıb.

Müxalif namizədlərdən heç biri Milli Məclisin Nümayəndələr Palatasına keçməyib.

Müxalifət seçkiləri növbəti «siyasi fars» adlandırıb və onun nəticələrinin ləğvini tələb edib.
XS
SM
MD
LG