Keçid linkləri

2025, 08 Dekabr, bazar ertəsi, Bakı vaxtı 03:15

Bakıda sərhəd məsələləri müzakirə olunur


Sərhədlərin qorunması Azərbaycandan əlavə məsuliyyət tələb edir. Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev belə deyib. O, bildirib ki, Azərbaycanın Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmiryolu kimi böyük layihələrin iştirakçısıdır. Bu da sərhədlərin qorunmasında məsuliyyətli olmağı tələb edir. 
 
Sentyabrın 29-da Bakıda Sərhəd Məsələləri üzrə Beynəlxalq Konfransın sərhəd xidmətləri rəhbərlərinin İşçi Qrupunun iclası keçirilib.
 
İclasda 20-yə yaxın ölkənin, İnterpol, FRONTEX Agentliyi, Beynəlxalq Miqrasiya Təşkilatı və Avropa Birliyinin missiyasının 50 -dən artıq nümayəndəsi iştirak edir. İclas sentyabrın 30 -da davam etdiriləcək.
XS
SM
MD
LG