Sentyabrın 29-da Venesuela prezidenti Uqo Çaves bəyan edib ki, Rusiyanın köməkliyi ilə ölkəsində nüvə reaktoru tikiləcək. Çaves deyib ki, bu barədə ötən həftə Novo-Oqaryovada görüşdə baş nazir Vladimir Putin təklif edib. Çavesin Moskvaya səfəri zamanı Rusiyanın hərbi-dəniz eskadrası Venesuela ilə birlikdə hərbi təlimlərdə iştirak etmək üçün Karib dənizinə gəlib.