Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:20

Meriya rəsmisi: «Problemlər aradan qaldırılır»


Sentyabrın 27-də axşam saatlarından yağmağa başlayan yağış paytaxtın əksər yollarında nəqliyyatın hərəkətini iflic etmişdi
Sentyabrın 27-də axşam saatlarından yağmağa başlayan yağış paytaxtın əksər yollarında nəqliyyatın hərəkətini iflic etmişdi
Sentyabrın 27-də yağan güclü yağış nəticəsində paytaxtın küçələrində yaranmış vəziyyətin təkrarlanmaması üçün lazımi işlər görülür. Bunu «Azadlıq» radiosuna Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) təsərrüfat şöbəsinin müdiri Xalid Ələkbərov bildirib:
«Vəziyyət normaldır. Dünəndən hər şey qaydasındadır və işlər də gedir. Hazırda küçələrdə növbətçi maşınlar dayanıb. Nə problem varsa, aradan qaldırılır».
Sentyabrın 27-də axşam saatlarından yağmağa başlayan yağış paytaxtın əksər yollarında nəqliyyatın hərəkətini iflic edib. Hovsan qəsəbəsindən şəhərə gələrkən yeni tikilmiş körpünün yaxınlığında, eləcə də Bayılda - Bibiheybət tərəfindən şəhərə girişdə nəqliyyatın hərəkəti bir müddət dayanıb. Magistral xətlərdə iri gölməçələr yaranıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometerologiya Departamenti isə bu cür hava şəraitinin sentyabrın 30-dək davam edəcəyini proqnozlaşdırır. Sinoptiklərin dediyinə görə, ölkə ərazisində yağıntının miqdarı 20 millimetr olub ki, bu da aylıq normaya bərabərdir.
XS
SM
MD
LG