Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:17

MakKeyn və Obama ilk teledebatlarını keçirib


Noyabrın 4-də keçiriləcək seçkilərədək daha iki teledebat keçirilməlidir.
Noyabrın 4-də keçiriləcək seçkilərədək daha iki teledebat keçirilməlidir.
Birləşmiş Ştatlarda prezidentliyə namizədlər - respublikaçı Con MakKeyn ilə demokrat Barak Obama arasında ilk seçkiqabağı teledebat olub.

Teledebatın ilk hissəsi ölkədəki iqtisadi böhrana həsr olunub.

Bundan sonra namizədlər xarici siyasət məsələsini müzakirə ediblər. İraq məsələsində tərəflər arasında dərin fikir ayrılığı olub. C.MakKeyn İraq müharibəsinə haqq qazandırıb:

«Bizim strategiyamız uğurludur, biz İraqda qələbə çalırıq, evə qələbə və şərəflə dönəcəyik».

B.Obama isə hesab edir ki, Amerika heç vaxt İraqa girməməliydi, əvəzində diqqəti Əfqanıstanda talibançılar və «Əl-Qaidə» ilə mübarizəyə yönəltməliydi:

«Hesab edirəm ki, dərslərdən ibrət götürməliyik. Hərbi güc tətbiq edəndə, heç zaman tərəddüd etməməliyik. Amma hərbi gücdən ağılla istifadə etməliyik və biz bunu İraqda etmədik».

Rusiyaya gəldikdə isə, hər iki namizəd Moskvanın Gürcüstana hərbi müdaxiləsini kəskin tənqid edib. C. MakKeyn deyib: «Rusiya neft dollarlarına əsaslanan və KQB məmurlarının idarə etdiyi güc dövlətinə çevrilib. Mən cənab Putinin gözlərinə baxdım və orda üç hərf gördüm: KQB. Rusiyanın Gürcüstana təcavüzü yolverilməzdir».

B.Obama isə deyib: «Son zamanlar baş verənlərə baxanda, biz Rusiyaya yanaşmamızı yenidən qiymətləndirməliyik. Çox aqressiv Rusiya regionda sülh və sabitliyə təhlükədir. Onun Gürcüstandakı hərəkətləri qəbulolunmazdır».

İran məsələsinə də toxunan B.Obama Tehranla birbaşa diplomatiyanın tərəfdarı olduğunu deyib.

C. Makkeyn isə İrana bu cür yanaşmanın sadəlövh və təhlükəli olduğunu bildirib.

Hər iki namizəd qeyd edib ki, İranın nüvə silahı əldə etməsinə yol verilməməlidir.

Noyabrın 4-də keçiriləcək seçkilərədək daha iki teledebat keçirilməlidir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG