Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:49

«Prezident və xanımından başqa işləyən yoxdur»


«Kim mənə sifariş verə bilər? Mən hökumətin əlaltısı deyiləm. Bu qədər nöqsanları gərək kor olasan ki, görməyəsən. Bu, mənim uğurlu kampaniyamı gözdən salmaqdır»
«Kim mənə sifariş verə bilər? Mən hökumətin əlaltısı deyiləm. Bu qədər nöqsanları gərək kor olasan ki, görməyəsən. Bu, mənim uğurlu kampaniyamı gözdən salmaqdır»
«Ölkənin Baş naziri rayonları tanımır. Bu, qəbahətdir. İqtisadi İnkişaf naziri iqtisadiyyatın inkişafına «tormuz»dur. Gəlin, görək prezidentin özünə layiq ətrafı varmı? Mən rüşvətxor, korrupsioner məmurlara qarşıyam…»
Bu, prezidentliyə namizəd Hafiz Hacıyevin fikirləridir. O, prezidentliyə namizədlərin teledebatında çıxışlarını əsasən hökumətin bəzi üzvlərinin sərt tənqidinə həsr edir. H.Hacıyev çıxışlarında ən çox da İqtisadi İnkişaf naziri Heydər Babayevi və Kənd Təsərrüfatı naziri İsmət Abbasovu tənqid edərək onları korrupsiyada, prezidentə və dövlətə xəyanətdə ittiham edir.
«Zerkalo» qəzetinin şərhçisi Azər Rəşidoğlu isə deyir ki, bütün bu çıxışlar elə hakimiyyətin özündən gələn sifarişə oxşayır. A.Rəşidoğlu yada salır ki, Hafiz Hacıyev əvvəlki seçkilərdə əsasən müxalifət liderlərini özünə hədəf seçirdi. İndi müxalifət sıradan çıxarıldığından o, hakimiyyətdaxili qruplaşmaların mübarizəsində iştirak edir. Azər Rəşidoğlu deyir ki, seçkidən sonra prezident bəzi nazirlərin portfellərini əlindən alacaq. Onun sözlərinə görə, H.Hacıyevin çıxışları da hökumətdəki bu zəif həlqələrə qarşı yönəlib:
«Hafiz Hacıyevin siyasəti nədir, ona konspekti kim verir, sualına cavab tapmaq asandır. Bunu bilmək üçün Azərbaycanda seçkiləri hansı məmur keçirir sualına cavab tapmaq kifayətdir. Bu isə hamıya məlumdur».
Hafiz Hacıyevin özü isə deyir ki, onun hakimiyyətdən sifariş alması ilə bağlı fikirləri tənqid etdiyi korrupsioner məmurlar cəmiyyətə ötürürlər:
«Kim mənə sifariş verə bilər? Mən hökumətin əlaltısı deyiləm. Bu qədər nöqsanları gərək kor olasan ki, görməyəsən. Bu, mənim uğurlu kampaniyamı gözdən salmaqdır».

H.Hacıyev deyir ki, prezidentdən və onun xanımından başqa, Azərbaycan hakimiyyətində xalq üçün işləyən kimsə yoxdur.
Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri İlham İsmayıl isə deyir ki, əslində, bütün bu çıxışlar 2013-cü ildə kim prezident olacaq məsələsinə yönəlib. İ.İsmayılın sözlərinə görə, Konstitusiyaya görə, İlham Əliyev 2013-cü ildə prezident seçilə bilməz. Onun fikrincə, məhz elə bu amil üzündən də bu prezident seçkisindən sonra hakimiyyətdaxili ziddiyyətlər artacaq:
«Rusiya prezidentlik müddətinin uzanmasına getmədi. Ehtimallar olsa da mən də inanmıram ki, Azərbaycanda da ömürlük prezident məsələsi həll edilsin. Dünyada və Azərbaycanda gedən prosesləri nəzərə alanda daha çox görürsən ki, gələcəyə varis hazırlanır. Bu, ona istiqamətlənib. Onda gərginlik artacaq».

İlham İsmayılın sözlərinə görə, müxalif fikrə dözümsüzlük şəraitində belə sərt tənqidlərə şərait yaratmaq təsadüfi deyil. Bu, nəzarətdə olan prosesin tərkib hissəsidir.
XS
SM
MD
LG