Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 13:20

«3 trilyona baxanda 700 milyard nədir ki?»


«Uoll Strit vergi ödəyənlərin bir qəpiyi də olmadan böhrandan çıxa bilər»
«Uoll Strit vergi ödəyənlərin bir qəpiyi də olmadan böhrandan çıxa bilər»
«İllik büdcəsi 3 trilyon dollar olan ölkəyə 5-10 ildə bir dəfə 700 milyard dollar ayırmaq nədir ki?»- bunu «Vaşinqton Post» yazır.

«Nyu-York Taymz» isə baş məqaləsində yazır ki, prezident Corc Buş heç vaxt belə zəif görünməmişdi, nəinki maliyyə böhranı ilə bağlı xalqa müraciət edəndə. Bu nüfuzlu Amerika qəzetinin fikrincə, Buş nə dedisə hamısı sonda qorxu hissini aşılayırdı. Qəzet onu da istisna etmir ki, Buş bəlkə də çıxış etmək istəməyib, çünki respublikaçıların ideologiyası azad bazardır, bu bazara hökumət müdaxilə etməməlidir, indi Buş məcburdur bunun əksini söyləsin.

Amerika konqresindən Uoll Striti xilas etməyə 700 milyard dollar istəyən Corc Buş dedi ki, «bu pul verilməsə, iqtisadiyyat təhlükədədir».

«Bu xilas cəhdinin hədəfi hər hansı bir şirkət və sənaye deyil, məqsəd bütün Amerika iqtisadiyyatını qoruyub saxlamaqdır».

Buş söz verdi ki, vergiverənlərin bu 700 milyard dolları konqresin və məhkəmələrin nəzarəti altında şəffaf şəkildə xərclənəcək, ancaq demədi ki, bu pul maliyyə böhranını necə zəiflədəcək. Tutaq ki, hökumət bankların ipoteka verib geri ala bilmədiyi borcları banklardan aldı, sonra nə olacaq?

Axı indinin özündə Amerikada kreditlə ev alanların 40 faizi ya krediti ödəyə bilmir, ya da bu evlər artıq əllərindən alınıb. «Vaşinqton Post» da yazır ki, xilas planının müəllifi xəzinədarlıq katibi Henri Polsona da konqresmenlərin sualları çoxdur, ancaq onun əsas cavabı ümumiləşdirəndə belədir ki, «hökumətə inanın».

Ancaq Amerikada iqtisadçılar da var ki, onlar ümumiyyətlə hökumət planına ehtiyac görmürlər, Amerikalı iqtisadçı Alan Meltzer «Azadlıq» radiosuna müsahibəsində deyir ki, Uoll Strit vergi ödəyənlərin bir qəpiyi də olmadan böhrandan çıxa bilər.

«Qoldman Saks» şirkəti ilə nə baş verdi? O özəl investordan 5 milyard aldı. Verən də Amerikanın məşhur investoru Baffetdir. Dünyanın ən varlı adamı Baffet isə axmaq investor kimi tanınmayıb».

Meltzer başqa misal çəkir: «AIG şirkəti, hansına ki bu yaxınlarda Amerika hökuməti milyardlar verdi, bu şirkətə özəl investorlardan 3 təklif var idi. Hamısını da rədd etdi, çünki bilirdi ki, pulu hökumətdən almaq daha sərfəlidir».

Meltzer tarixi yada salır ki, 1970-ci ildə də şirkətlər iflas olanda o vaxtki prezident Riçard Niksonu az qala inandırmışdılar ki, hökumət bunların heç olmasa bir hissəsini pulla satın almasa, iqtisadiyyat batacaq. Ancaq sonda Nikson buna getmədi. Nəticədə nə oldu? Demək olar ki, heç nə .

İqtisadçı deyir ki, niyə bank xalqın hesabına pul qazana bilir, iflas olanda isə yenə xalq pul verib onu xilas eləməlidir? Amerika iqtisadiyyatı öz uğurlarını bunun hesabına qazanmayıb.
XS
SM
MD
LG