Sentyabrın sonuna kimi Azərbaycanda havalar qeyri-sabit keçəcək, fasilələrlə yağış yağacaq.
Bu barədə «Azadlıq» radiosuna Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktor müavini Umayra Tağıyeva məlumat verib. O, deyir ki, sentyabrın 30-dək ölkədə tutqun hava şəraiti üstünlük təşkil edəcək, temperatur 3-5 dərəcə aşağı düşəcək:
«Sentyabrın 24-ü axşam saatlarından başlayaraq ölkə ərazisinə Aralıq dəniz siklonunun yaxınlaşması ilə əlaqədar hava şəraitində dəyişiklik müşahidə edirik. Ayın 30-u axşama doğru və oktyabrın ilk günlərində pis hava şəraitinin nisbətən sabit və yağmursuz keçməsini gözləyirik».
Yağışların intensiv keçməsi ilə əlaqədar, Umayra xanım deyir ki, bəzi dağ çaylarında qısa müddətli daşqınların olması istisna edilmir.
Bakıda və Abşeron yarыmadasında günorta saatlarında 20-24, aran rayonlarında 22-27, dağlıq və dağətəyi bölgələrdə 12-17 dərəcə isti olacaq.