Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sabiq sədri Qulamhüseyn Əlibəylinin yaratdığı siyasi qurumun adı sentyabrın 23-də bəlli olub – Aydınlar Partiyası. Partiyanın təşəbbüs qrupunun ilk iclasında qurultaya hazırlıq üzrə təşkilat komitəsi yaradılıb. 5 nəfərlik təşkilat komitəsinə Qulamhüseyn Əlibəyli, Xalq Cəbhəsi Partiyasının sabiq üzvləri Qorxmaz İbrahimli, Nizami Quliyev (sabiq deputat), Qadir İbrahimli (iqtisadçı alim), Xanoğlan Əhmədov («Geopolitika XXI əsr» qəzetinin baş redaktoru) daxil olub.
Partiya sağ mərkəzçi mövqedə dayanacağını və hakimiyyətə müxalif mövqe tutacağını elan edib.
Q.Əlibəyli bu ilin avqustunda AXCP-dən istefa verib və prezident seçkisinə qatılıb. «Media forum»