Keçid linkləri

Təcili xəbərlər
2023, 10 Dekabr, bazar, Bakı vaxtı 14:09

Korrupsiyada 157 ölkəni qabaqlayan Azərbaycan regionda da liderdir


Təşkilatın son hesabatında deyilir ki, Gürcüstanı çıxmaqla MDB ölkələrinin heç birində irəliləyiş yoxdur
Təşkilatın son hesabatında deyilir ki, Gürcüstanı çıxmaqla MDB ölkələrinin heç birində irəliləyiş yoxdur
«Transparency International» beynəlxalq şəffaflıq təşkilatı dünyada korrupsiyanın səviyyəsi ilə bağlı növbəti hesabatını açıqlayıb. Azərbaycan bu hesabatda 180 ölkə arasında 158-ci yeri tutur.

Ən az korrupsiyalaşmış ölkələr Danimarka, İsveç və Yeni Zelandiyadır. Bu ölkələrin korrupsiya əmsalı 9.3 baldır. Müvafiq göstərici Azərbaycan üçün 2 bal müəyyən edilib.

Müqayisə üçün, dünyanın ən korrupsiyalaşmış ölkələri - Myanma və Somalidə korrupsiya səviyyəsi 1.5 bal ilə qiymətləndirilib.

Ölkələri regionlar üzrə də müqayisə edən «Transparency International» Azərbaycana sırada 17-ci yeri ayırıb.

XS
SM
MD
LG