Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:09

«Amnesty International» İranı fəalları azad etməyə çağırır


Evin həbsxanası
Evin həbsxanası
«Amnesty International» Beynəlxalq hüquq müdafiə təşkilatı son günlərdə İranda həbs olunmuş milli fəallar barəsində təcili kampaniya başlayıb.

Təşkilatın yaydığı bəyanatda bildirilir ki, bir sıra milli fəallar sentyabrın 10-dan xarici aləmdən təcrid olunublar. Onlar aşağıdakı şəxslərdir: 53 yaşlı mühəndis-inşaatçı, jurnalist Əlirza Sərrafi, yazıçı Əkbər Azad, Azərbaycan türkcəsi müəllimi, mühəndis, yazıçı Həsən Raşidi, şair və jurnalist Səid Muğanlı, mühəndis-inşaatçı, insan haqları müdafiəçisi Həsən Rəhimi Bayat, müəllimlər Hüseyn Heydəri, Abbas Nəimi və «Evrin» dərnəyinin üzvü Mehdi Nəimi Ərdəbili və Səyyad Məhəmmədian (Ovçu Qoşaçaylı) .
«Onlar Tehran şəhərindəki «Evin» həbsxanasının 209-cu bölməsində təkadamlıq kameralarda ağır işgəncə və təzyiq altında saxlanılırlar. Milli fəalların İranda yeni dərs ili günü məktəblərin açılışını boykot etməyi planlaşdırdığına görə həbs edildiyi ehtimal olunur. «Amnesty International» olaraq, onları vicdan məhbusu hesab edir və İran hökumətindən onları dərhal azadlığa buraxmasını tələb edirik».

Bəyanatda qeyd olunur ki, «Ettelaat» əməkdaşları heç bir icazə vərəqəsi göstərmədən mənzilə soxulublar və tanınmış fəalları həbs ediblər.

Sənəddə daha sonra vurğulanır: «Biz beynəlxalq insan hüquqları təşkilatı olaraq, rəsmi Tehranın bu hərəkətlərini qınayır və məsələylə bağlı İran hökumətinə öz etirazımızı bildiririk».
XS
SM
MD
LG