«Dekan bizim fakültənin tələbələrini yığıb dedi ki, kim hansı rayonda qeydiyyatdadır, gedib qeydiyyatdan çıxma kağızını gətirsin. Sentyabrın 22-si axırıncı gündür».
Vüqar Babayev Bakıdakı universitetlərdən birinin 2-ci kurs tələbəsidir. Deyir, onlara xəbərdarlıq edilib ki, kim qeydiyyatdan çıxma kağızını gətirməsə, dərsə buraxılmayacaq:
«Bugünə kimi vaxt veriblər ki, hökmən rayonlardan olan tələbələr qeydiyyatdan çıxma kağızlarını gətirməlidirlər, gətirməyənlər dərsə buraxılmayacaq».
Şirvan şəhərindən olan tələbə Səməd Əzizov isə artıq qeydiyyatdan çıxma sənədlərini təhsil aldığı universitetə təqdim edib. Deyir, gedib-gəlməyinə 5-6 manat xərci çıxıb. Amma uzaq rayonlardan olan tələbələr buna görə daha çox xərc çəkiblər:
«Mənim 30-35 manat xərcim çıxdı».
Tələbələr hesab edirlər ki, ən yaxşısı elə seçki günü gedib yaşadığın rayonda səs vermək olardı.
Mərkəzi Seçki Komissiyası (MSK) Mətbuat Xidmətinin rəhbəri Azər Sarıyev isə deyir ki, bir müddət əvvəl qurum Seçki Məcəlləsinə uyğun olaraq dövlət idarə və müəssisə rəhbərlərinə müraciət edib ki, vətəndaşların seçkidə fəal iştirakı üçün şərait yaratsınlar. O cümlədən daimi qeydiyyatda olduğu ünvanda səs verə bilməyənlərin müvəqqəti qeydiyyatdan çıxmasına yardımçı olsunlar. A.Sarıyevə görə, burda hər hansı məcburiyyət də yoxdur:
«Biz tələbələrə müraciət etmişik ki, dairə və məntəqələrdən qeydiyyatdan çıxma vəsiqələri alsınlar. Amma bu məsələnin məcburi qaydada həll olunması qanunda qeyd olunmayıb. Belə bir tövsiyə də verilməyib və verilə də bilməz».
Təhsil Nazirliyində də bu məlumatlardan xəbərsizdirlər. Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Bayram Hüseynzadə deyir ki, heç bir təhsil müəssisəsinə belə bir göstəriş verilməyib və onlar bu məsələni araşdıracaqlar.
Seçki mütəxəssisi Anar Məmmədli isə hesab edir ki, müvəqqəti qeydiyyatdan çıxma vəsiqəsinin əldə olunması bir tərəfdən müsbət haldır, vətəndaş seçki günü harada istəsə, orda da səs verə bilir. Yəni onun həmin gün daimi qeydiyyatda olduğu ünvana getməsinə ehtiyac qalmır.
Qaldı ki qeydiyyatdan çıxma ilə bağlı tələbə qarşısında şərt qoymağa, onu dərslərə buraxmamaqla qorxutmağa, A.Məmmədli bunu ciddi qanun pozuntusu sayır:
«Düşünürəm ki, burda sui-istifadə hallarına meyl var. Əgər belə bir proses gedirsə, bunun qarşısı alınmalıdır».
«Ayna-Zerkalo» qəzetlərinin şərhçisi Azər Rəşidoğlu isə hesab edir ki, tələbələr mühüm seçici səsinə malik olduğundan müəyyən narahatlıqlar var ki, onlar öz rayonlarına gedib ayrı-ayrı namizədlərə səs verə bilərlər. A.Rəşidoğlu düşünür ki, elə bu baxımdan da rayonlardan olan tələbələrdən məcburi qeydiyyatdan çıxma sənədinin tələb edilməsi namizədlərdən birinin səs alma faizinin çoxalmasına xidmət edir.