Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:25

Keşlə sakini: «Seçki qurtaran kimi evlərimizi sökəcəklər»


Şikayətçilər qeyd edir ki, onlara vaxt verilib: «Biz qorxuruq ki, seçki qurtaran kimi evlərimizi gecəykən gəlib söksünlər»
Şikayətçilər qeyd edir ki, onlara vaxt verilib: «Biz qorxuruq ki, seçki qurtaran kimi evlərimizi gecəykən gəlib söksünlər»
Məhkəmə qərarı Keşlə qəsəbəsinin 350 sakinini evsiz qoyacaq. Bu da qəsəbə sakinlərini hiddətləndirib. Onlar sentyabrın 18-də Prezident Aparatı önündə aksiya keçiriblər. Bu barədə «Bizim Yol» yazıb.
Sakinlər adından danışan Raisa Hüseynova qəzetə bildirib ki, çıxarılan məhkəmə qərarı ədalətsiz və sifarişlidir. O, iddiaçı «Səbuhi» STA rəhbərinin yüksək çinli məmurların himayəsindən istifadə edərək onları evsiz-eşiksiz qoymaqda israrlı olmasını allahsızlıq kimi qiymətləndirib.

«Tamara Namazova adlı qaçqın qadın isə bildirdi ki, ərazidə yaşayanlar müxtəlif vaxtlarda məhkəmənin qərarları ilə yaşadıqları evlərdə pasport qeydiyyatına da alınıblar. Tamara xanım deyir ki məhəllələrindəki bütün evlər müasir dəbdə tikilmiş bir və ikimərtəbəlidir, buraya su, kanalizasiya, işıq, elektrik, telefon xətləri çəkilib. Məhəllədəki 70 evdə 300-350 vətəndaş yaşayır. Şikayətçilər qeyd edir ki, onlara vaxt verilib: «Biz qorxuruq ki, seçki qurtaran kimi evlərimizi gecəykən gəlib söksünlər».
Hüquq müdafiəçisi Leyla Yunus «Azadlıq» qəzetinə bildirib ki, «beynəlxalq təşkilatlar seçkiyə maraq göstərmir». «Bəlkə də belə münasibətə səbəb seçkilərin nəticələrinin əvvəlcədən məlum olmasıdır. Ola bilsin ki, hansısa rəsmi, nominal, real olmayan exit-poll olacaq. Bu barədə biz seçki kampaniyasının sonunda eşidəcəyik…»-, deyə L.Yunus bildirib.
«Xaricdən cəlb edilən kreditlər bahalaşacaq»-, «Üç nöqtə»yə müsahibəsində iqtisadçı ekspert Vüqar Bayramlı belə deyib. O, bildirib ki, «indiyə qədər bağlanmış kredit müqavilələri üzrə faiz dərəcələri arta bilməz». Ekspert bu qənaətdədir ki, dünyada baş verən maliyyə böhranı Azərbaycana mikromaliyyələşmə üçün vəsait cəlbinə təsir etməsə də, kreditləri bahalaşdıracaq.
Bakıda korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq konfrans keçirilib. İştirakçılar bildiriblər ki, «şəffaflıq, eyni zamanda korrupsiyaya qarşı mübarizə nəzarət orqanlarının işini asanlaşdır. Dövlət gəlirləri və xərcləri üzərində ictimai nəzarətin gücləndirilməsi dövlət qurumlarına etimadı gücləndirir»-, bu barədə «Azərbaycan» yazıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG